İtaliyanın “Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisini bundan sonra Valter Madzarri çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 57 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Madzarri bu postda Sinişa Mihayloviçi əvəz edib. Serbiyalı mütəxəssis ötən gün İtaliya Kubokunun 1/4 finalında “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. “Torino” A Seriyasında 19 oyuna cəmi 25 xal toplayıb və 20 iştirakçı arasında 10-cu pillədə yer alıb. 

Son iş yeri İngiltərənin “Uotford” klubu olan V.Madzarri daha əvvəl vətənində “Napoli”, “Sampdoriya”, “Bolonya”, “Livorno”, “Recina” və “İnter” kimi komandalara rəhbərlik edib.

Shares: