Futbol üzrə Azərbaycan millisinin sabiq çalışdrıcısı Robert Prosineçki Bosniya və Hersoqovina yığmasının baş məşqçisi təyin edilməsinə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında keçmiş və indiki iş yerlərini müqayisə də edib: “Bosniya və Hersoqovina kimi millinin baş məşqçisi olduğum üçün çox şadam. Mənə etimad göstərənlərə təşəkkür edirəm. Əsas hədəfimiz əla nəticələr qazanmaq və komandanı böyük turnirlərə çıxarmaqdı. Bosniya və Hersoqovina millisi bütün komponentlərdə Azərbaycan yığmasından böyük bir addım öndədi. Çalışacağıq ki, bütün üstün cəhətlərimizdən yararlanaq”.

Yeri gəlmişkən qeyd edək ki, artıq Prosineçkinin yeni iş yerindəki köməkçiləri də müəyyənləşib. Bosniya və Hersoqovina Futbol Federasiyasının saytının yaydığı xəbərə görə, yeni iş yerində xorvat mütəxəssisə 4 məşqçi kömək edəcək. Bunlar Qordan Cipiriç, Draqan Spasiç, Kenan Hasaqiç və Elvir Rahimiçdi. Cipiriç və Spasiç Prosineçki ilə birgə mili komandamızda da çalışıblar.

Xatırladaq ki, Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər Bosniya və Hersoqovina millisinə rəhbərlik edəcək.

Shares: