“Qəbələ”dən ayrılaraq vətəninə dönən Deyv Bulthuisin yeni klubu ilə müqavilə şərtləri bəllidi. Hollandiya mətbuatının yazdığına görə, “Heerenven”lə anlaşan müdafiəçi 2,5 illik müqaviləyə imza atıb.
 
Müdafiəçi keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib: “Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada – “Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. “Heerenven” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.
 
“Qəbələ”yə ötən ilin yayında gələn Bulthuisin təmsilçimizlə elə 2,5 illik müqaviləsi qalmışdı. Hollandlar bu futbolçunu təmsilçimizdən transfer etməklə onun vətənə dönüşünü rəsmiləşdiriblər.
 
Xatırladaq ki, Deyvin “Heerenven”ə keçəcəyini ilk öncə məhz “Futbolinfo” xəbər vermişdi.
Shares: