Futbol üzrə İspaniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub. Madrid “Atletiko”su səfərdə aşağı liqa təmsilçisi “Leyda” ilə qarşılaşıb. Madrid təmsilçisi 4 cavabsız qolla qalib gələrək, demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətirib. Yeri gəlmişkən, bu oyunda vurulan qollardan birinin müəllifi ispanların yeni transferi Dieqo Kosta olub.
Günün digər oyunlarında sevinənlər isə “Sevilya” və “Alaves” olub. “Las Palmas”la “Valensiya”nın ilk duelində də heç-heçə qeydə alınıb.
İkinci oyun günündə "Real" səfərdə "Numansiya"nı darmadağın edib. "Levante" də "Espanyol" səfərindən çətin qələbə ilə dönüb. "Leqanes" doğma meydanda "Vilyarreal" üzərində minimal hesablı qələbəyə sevinib. "Barselona" isə "Selta" ilə səfər görüşündə heç-heçə ilə kifayətlənib.
1/8 finalın cavab qarşılaşmaları gələn həftə keçiriləcək.
İspaniya Kuboku
1/8 finalın ilk oyunları
3 yanvar
Leyda – Atletiko 0:4
Formentera – Alaves 1:3
Kadis – Sevilya 0:2
Las Palmas – Valensiya 1:1
4 yanvar
Selta – Barselona 1:1
Leqanes – Vilyarreal 1:0
Espanyol – Levante 1:2
Numansiya – Real 0:3
–
–
–