Almaniyanın “Şalke” klubu İtaliya çempionu “Yuventus”un hücumçusu Marko Pyaça ilə güclənib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Helzerkinhen təmsilçisi xorvatiyalı forvardı mövsümün sonuna kimi icarəyə götürüb. Tibbi müayinədən uğurla keçən 23 yaşlı futbolçu ilə tezliklə rəsmi müqavilə imzalanacaq.
2014-cü ildən Xorvatiyanın əsas yığmasında oynamağa başlayan Pyaça “Yuventus”a 2016-cı ildə Zaqreb “Dinamo”sundan transfer olunub.