“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 10-cu gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb. Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.
Xatırladaq ki, “Qəbələ” yanvarın 31-də hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək. Rəqib Çexiyanın "Bohemians" kollektivi olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da baş tutacaq.
Yoxlama oyunu
31 yanvar
18:00. “Qəbələ” – “Bohemians”
“Gloria Sports Arena”