Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün Antalyada növbəti yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi “Anji” ilə üz-üzə gəlib.
“Titanic Belek” otelinin stadionunda baş tutan görüş Rusiya klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu, “Sumqayıt”ın Antalyada üçüncü yoxlama oyunu idi. Abasovun yetirmələri daha öncə Rumıniyanın “Konkordiya” (0:1) və Makedoniyanın “Akademiya Pandev” (1:1) klubları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
31 yanvar
“Sumqayıt” – “Anji” 0:1
Sumqayıt: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov 5. Vüqar Bəybalayev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov, 90. Ülvi İsgəndərli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunaov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 20. Rüfət Abdullazadə, 36. Süleyman Süleymanov, 39. Tural Bayramlı, 97. Xəyal Nəcəfov.