Məşhur kamerunlu hücumçu Samuel Eto Türkiyədə klubunu dəyişib.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu 2015/16 mövsümündən etibarən şərəfini qoruduğu “Antalyaspor”u tərk edib. O, karyerasını bundan sonra Super Liqanın digər təmsilçisi “Konyaspor”da davam etdirəcək. Eto yeni klubu ilə 2,5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Eto karyerası ərzində "Real", "Barselona", "İnter" və "Çelsi" kimi klublarda da çıxış edib.

Shares: