“Səbail”in yarımmüdafiəçisi Murtuz Abakarov klubun “Facebook” səhifəsindəki “On sual” rubrikasının qonağı olub.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Futbola gəlişiniz necə oldu?
– Uşaqlıqda məşqul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.

– Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod hansıdı?
– Yadda qalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.

– Futbolda kumiriniz kimdi?
– Raul Qonsales uşaqlıqdan indiyədək kumirimdi.

– Hobbi və maraqlarınız nədən ibarətdi?
– Dostlarımla müxtəlif kompüter və Playstation oyunları.

– Ən sevdiyiniz film, musiqi, kitab hansıdı?
– Sevdiyim filmlər çoxdu, ancaq "Law Abiding Citizen” ən sevdiyim filmdi.

– Həyatınızın əsas qaydası…
– Həyatda hər bir vəziyyətdə insanlığı itirməmək.

– İnsanlarda ən çox nəyə dəyər verirsiz?
– Öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm.

– Karyeranızda əsas məqsədiniz nədi?
– Mümkün qədər çox zirvəyə çatmaq.

– Gənc futbolçulara nə məsləhət görərdiz?
– İlk növbədə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundu və zəif xasiyyəti olanları sevmir.

– Azarkeşlərinizə müraciətiniz?
– Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.

Shares: