Avropa çempionatının final mərhələsində millimizin yer aldğı D qrupunda ilk oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, yarışın son qalibi İspaniya ilk dəfə bu mərhələyə yüksələn Fransa ilə üz-üzə gəlib. Duelin favoriti İspaniya hesab edilsə də, titullu komanda 1 xalı sona yaxın qazanıb. Belə ki, oyunun böyük hissəsini hesabda öndə olan Fransa son anda bu üstünlüyünü əldən verib və matç 4:4 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz ilk oyununu fevralın 2-də Fransaya qarşı keçirəcək. Yeri gəlmişkən, komandamız tam heyətlə rəqiblərimizin oyununu canlı olaraq arenadan izləyib.
AÇ-2018
D qrupu
31 yanvar
İspaniya – Fransa 4:4
Qollar: A.Dias, 11. A.Ayqoun, 20-avtoqol. F.Solano, 27. R.Akilera, 38 – A.Mohammed, 9. S.Alla, 17. K.Ortiz, 20-avtoqol. S.Muhudine, 21.
Hakimlər: Balaş Farkas (Macarıstan), Qabor Kovaç (Macarıstan), Ancelo Qalante (İtaliya).
Lyublyana. “Stoyise Arena”.
İspaniya: 1. Pako Sedano (q), 2. Karlos Ortis Ximenes (k), 7. Adrian Alonso Perreyra, 10. Rafa Usin Quisado, 15. Xose A. Fernandes Kastelyano, 13. Xesus Errero (q), 3. Mark Tolro Qarsiya, 4. Rafael Qarsiya Akilera, 9. Serjio Lozano Martines, 8. Anxel Velasko Maruqan, 11. Migel Sayaqo Marti, 5. Adolfo Fernandes Dias, 6. Françisko Xavyer Solano, 14. Alexandro Yepes Balsalobre.
Baş məşqçi: Xose Venansio Lopes.
Fransa: 1. Camel Haroun (q, k), 6. Kevn Ramires, 8. Azdin Ayqoun, 20. Souheyl Muhudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maaruf Kerrumi (q), 16. Joevin Durot, 18. Samba Kebe, 2. Sid Belhaj, 5. Boulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel De Sa Andrade.
Baş məşqçi: Pyerr Cekki.