Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi İtaliyanın “İnter” klubunun müdafiəçisi Yuto Naqatomonu transfer edib. Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, yaponiyalı futbolçu Milan təmsilçisindən mövsümün sonuna qədər icarəyə götürülüb. Buna görə Türkiyə klubu İtaliya təmsilçisinə 700 min avro ödəyəcək. Futbolçunun özü isə yarım mövsüm ərzində 850 min avro qazanc əldə edəcək.
Yaponiya milli komandasında 100-dən çox oyun keçirmiş Naqatomo “İnter”də 2011-ci ildən çıxış edir. 31 yaşlı müdafiəçi bu müddət ərzində Milan klubu ilə 210 qarşılaşmaya çıxıb, 11 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb.