Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə daha bir legioner cəlb etməyə yaxındır. Bu barədə qol.az-a komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O bildirib ki, trinidad-tobaqolu hücumçu Şahdon Vinçesterlə anlaşıblar. 26 yaşlı forvardla Bakıda müqavilə imzalanacaq.
Qeyd edək ki, Vinçester son olaraq Meksikanın “Mursielaqos” klubunda çıxış edib.