AÇ-2018-in qrup mərhələsi çərçivəsində fevralın 2-də Fransa ilə qarşılaşacaq yığmamızın oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandı. Müvafiq olaraq Ancelo Qalante və Alessandro Malfer iş başında olacaq. Üçüncü hakim funksiyasını Çexiyadan olan Andrey Çerni yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Anxel Qalan Nieto qiymət verəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq.