"Səbail"in Antalyadakı toplanışı çərçivəsindəki son rəqibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin komandası axırıncı yoxlama matçında Slovakiyanın “Senitsa” klubuyla qarşılaşacaq.

Matç bu gün keçiriləcək. “Senitsa” da "Səbail"in digər rəqibləri kimi yüksək liqa təmsilçisidi. Komanda Slovakiya çempionatında 12 iştirakçısı arasında sonuncu yerdə gedir. 

Oyun Türkiyə vaxtı ilə saat 15:00-da, Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Xatırladaq ki, "Səbail" Antalyada daha öncə 3 yoxlama oyunu keçirib. Odessa "Çernomorets"iylə qolsuz, Serbiya "Napredak"ıyla 1:1 hesablı bərabərliyə qalan Topaz Premyer Liqasının debütantı Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubuna 1:3 hesabıyla uduzub.

Shares: