Türkiyə toplanışını başa vuraraq vətənə qayıdan “Neftçi” daha bir yoxlama oyunu keçirməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı komanda Birinci Divizion təmsilçisi “Sabah”la qarşılaşacaq. Bu barədə aşağı liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu oyun fevralın 5-də İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq. Oyun saat 15:00-da başlayacaq.