Futbol üzrə Azərbaycan yığmasının və Kiprin “Anortosis” klubunun yarımmüdafiəçisi Araz Abdullayev sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, o, komandasının son məşqlərinin birində zədələnib. Bu üzdən də millimizin üzvü Kipr təmsilçisinin axırıncı məşqlərində iştirak etmir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, hazırda Abdullayevin müalicəsi davam edir. Lakin Arazın zədəsinin nə dərəcədə ciddi olduğu və məşqlərə nə vaxt başalayacağı açıqlanmır.

Qeyd edək ki, Araz ötən gün Kipr çempionatının 22-ci turu çərçivəsində “Pafos”la səfər matçında da məhz zədə səbəbindən iştirak edə bilməyib.

Shares: