“Neftçi”nin prezidenti Orxan Hüseynzadənin istefası sıradan olay deyil. Təsisçinin və sponsorların klubun nəticələrindən, idarəetməsindən narazılığı bəlli idi. Problemlər şişdi və kənarlaşdırma qərarı verildi.
 
Futbolinfo.az xəbər verir ki, klubda maliyyə yoxlaması gözlənilirdi. Təsisçilər rəhbərliyin işini araşdırmaq üçün buna ehtiyac duyurdu. Menecer Kamil Məmmədovla bağlı xəbərlər, yeni transfer Mayk Kampasın keçidindəki problem üzündən hələ də lisenziya ala bilməməsi Hüseynzadəyə ciddi başağrı oldu və getməyə məcbur edildi.
 
İndi isə klubda Kamran Quliyev dönəmi başlayır. O, vitse-prezident Elnur Eyvazovla əl-ələ verib, klubu çətin durumdan çıxarmalıdı. Sabiq prezidentdən 5 illik kredit borcu, sınıq-salxaq heyət və s. problemlər qalıb. Quliyevdə bu potensial varmı – onu zaman göstərəcək. Ümid edirik, bun dəyişiklik kosmetik dəyişmə yox, köklü islahatlara səbəb olar.
 
Bu istefaların “Sumqayıt” – “Neftçi” oyunu öncəsi reallaşması ən maraqlı məqamdı. Quliyev bugünə kimi rəhbər olduğu kluba qarşı indi rəqib sərkərdə kimi qonaq gedəcək. Kamran bəyin nəyi dəyişəəyi, necə dəyişəcəyi, islahatların miqyası tüzliklə aydınlaşacaq. Prosesi izləyəyirik. Hələ təyinat rəsmiləşsin…
 
Yeri gəlmişkən, Hüseynzadənin gedişi ilə Klublar Komitəsi də başsız qaldı. Orxan bəy bu postda məhz Kamran Quliyevi əvəz etmişdi.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp