Orxan Hüseynzadə “Neftçi”nin tarixinə ən qısamüddətli prezident kimi düşüb. Futbolinfo.az "Apasport"a istinadən xəbər verir ki, bu gün istefa verən funksioner postunda cəmi 7 ay 10 gün qalıb.
Ötən ilin iyulun 6-da prezident təyin olunan Hüseynzadəyə kimi sələflərindən heç biri belə az müddət çalışmamışdı. 1988-ci ildən peşəkar futbol klubu kimi fəaliyyət göstərən paytaxt təmsilçisinin əvvəlki 6 prezidenti də, Müşahidə Şurası da daha çox fəaliyyət göstərməsi ilə diqqət çəkir.
7 ayla antirekord vuran 42 yaşlı sabiq prezidentə qədər ən az bu postu tutan Əkbər Hacıyev idi. Klub tarixinin 5-ci prezidenti 1 il 9 ay vəzifəsini icra edib.
“Neftçi”nin bütün prezidentləri
N |
Prezidentlər |
Müddəti |
1 |
Aydın İbrahimov |
1988, dekabr- 1997, iyul |
2 |
Aqil Paşayev |
1997, iyul – 2001, iyul |
3 |
Ramiz Mirzəyev |
2001, iyul – 2003, dekabr |
4 |
Rövnəq Abdullayev |
2004, fevral – 2008, mart |
5 |
Əkbər Hacıyev |
2008, mart – 2009, dekabr |
6 |
Sadıq Sadıqov |
2009, dekabr – 2015, mart |
– |
Müşahidə Şurası |
2015, aprel – 2017, iyul |
7 |
Orxan Hüseynzadə |
2017, iyul – 2018, fevral |