Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.
“Mil-Muğan” doğma meydanda “Ağsu”nu qəbul edib və 4 cavabsız qolla qələbə qazanıb.
“Şüvəlan” isə “Binə”ni məğlub yola salıb. Şüvəlanlılara 3 xal üçün 1 qol bəs edib.
Lider “Qaradağ Lökbatan” səfərdə autsayder “Zaqatala” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə çətin qələbəyə seviniblər.
Birinci Divizion
14-cü tur
16 fevral
“Mil-Muğan” – “Ağsu” 4:0
Qol: Samir Babayev, 42. Şahin Əliyev, 77; 90+3. Samir Babayev, 90+1-pen.
Hakimlər: Xəlil Xəlilov, Elşən Acalov, Cəmil Quliyev, Etibar Həsənov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
“Şüvəlan” – “Binə” 1:0
Qol: Nuqzar Kvirtiya, 27.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Elgün Hüseynov.
Bakı. “AZAL Arena”.
“Zaqatala” – “Qaradağ Lökbatan” 1:2
Qol: Haqverdi Həsənov, 74 – Sabir Allahquliyev, 64. Elvin Adışirinli, 80.
Hakimlər: Ziya Nəsirov, Elşad Abdullayev, Ruslan Nəsibov, Namiq Bəkirov.
Zaqatala şəhər stadionu
Turun digər oyunları: “Turan Tovuz” – MOİK 1:2, “Xəzər” – “Sabah” 3:0.
1 | Qaradağ Lökbatan | 14 | 12 | 2 | 0 | 31-10 | 38 |
2 | MOİK | 14 | 7 | 2 | 5 | 21-16 | 23 |
3 | Şüvəlan | 14 | 7 | 1 | 6 | 15-12 | 22 |
4 | Binə | 14 | 6 | 3 | 5 | 21-13 | 21 |
5 | Mil-Muğan | 14 | 6 | 2 | 6 | 24-27 | 20 |
6 | Xəzər | 14 | 5 | 4 | 5 | 14-9 | 19 |
7 | Ağsu | 14 | 5 | 3 | 6 | 17-26 | 18 |
8 | Turan Tovuz | 14 | 5 | 3 | 6 | 18-20 | 18 |
9 | Sabah | 14 | 4 | 3 | 7 | 15-24 | 15 |
10 | Zaqatala | 14 | 1 | 1 | 12 | 9-28 | 4 |
Elnur Səmədov ("Turan Tovuz") – 8 qol |