UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”un hücumçusu Sadio Mane UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticəsinə əsasən, ÇL-də həftənin ən yaxşı futbolçusu seçilib. Seneqallı futbolçu 57 faiz səs toplayıb.
Sane ÇL-in 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Portu” ilə səfər oyununda komandasının 5:0 hesablı qələbəsinə 3 qolla töhfə verib.
Hücumçudan sonrakı yerləri 29 faiz səslə Marselo (Real), 11 faiz səs toplayan Kristian Eriksen (Tottenhem) və cəmi 4 faiz səs toplayan İlkay Gündoğan (Mançester Siti) tutub.