Topaz Premyer Liqasının 16-cı turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub. 

Futbolinfo.az xəbər verir ki, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. 

Matçın keçiriləcəyi arenada baş tutacaq çalışma fevralın 17-də saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.    

Shares: