“Qarabağ”ın yarımmüdafiəçi Miçel zədəsini sağaldıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ispaniyalı futbolçu artıq növbəti oyunda meydana çıxmağa tam hazırdı. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, qarşıdakı “Səbail”lə oyunda komandasına kömək edə biləcək.
Əvəzində Ağdam təmsilçisinin digər legioneri Yakub Jezniçak bu oyunu buraxmalı olacaq. Ötən tur “Qəbələ” ilə oyunda sarı vərəqə limitini dolduran polşalı müdafiəçi “Səbail”lə oyunu buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, fevralın 18-də "Bayıl Arena"da keçiriləcək "Səbail" – "Qarabağ" oyunu saat 17:30-da başlayacaq.