Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Lester Siti” doğma meydanda “Şeffild Yunayted”i minimal hesabla üstələməklə növbəti mərhələyə çıxıb. Son İngiltərə çempionu “Çelsi” isə “Hall Siti” ilə oyunda 1/4 finala vəsiqəni 4 cavabasız qolla qazanıb.

İngiltərə Kuboku
1/8 final

16 fevral

Lester Siti – Şeffild Yunayted 1:0

Çelsi – Hall Siti 4:0

17 fevral

16:30. Şeffild Uensdey – Suonsi Siti
19:00. Brayton – Koventri Siti
19:00. Vest Bromviç – Sauthempton
21:30. Haddersfild – Mançester Yunayted

18 fevral

20:00. Roçdeyl – Tottenhem

19 fevral

23:55. Uiqan – Mançester Siti

Shares: