Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 22-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Samsunspor” hazırda 27 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.

Shares: