“Nitsa”nın hücumçusu Mario Balotelli klubun tarixinə düşüb.

Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin “Lokomotiv”lə (Rusiya) ev oyununda iki qola imza atan “Super Mario” “Nitsa”nın 21-ci əsrdə ən çox qol vurmuş futbolçusu olub. Bu barədə məlumatı klubun saytı yayıb.

Belə ki, Moskva klubu ilə oyunda dubla imza atan Balotelli, Fransa təmsilçisinin heyətində vurduğu qolların sayını 38-ə çatdırıb. O, hesabında 36 top olan Dario Tsvitaniçi geridə qoyub.

Ancaq italiyalı hücumçunun dublu “Nitsa”ya kömək olmayıb. “Qırmızı-qaralar” doğma meydanda keçirdiyi oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

730 - Futbolinfo.az

Shares: