"Qəbələ" xüsusi qayğıya möhtac uşaqlara növbəti dəfə diqqət göstərib. "Qırmızı-qaralar"ın daun sindromundan əziyyət çəkən yeniyetmə azarkeşi Rəhman Qədirliyə komandanın ağ rəngli "7 nömrə"li forması tədqim olunub.
Bu, Topaz Premyer Liqansının XVI turunun açılış matçı olan "Qəbələ" – "Zirə" oyunundan əvvəl baş verib. "Qəbələ"nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovun müşayiəti ilə meydançaya çıxan uşağa formanı kapitan Cavid Hüseynov təqdim edib və onunla birgə xatirə fotosu çəkdirib.