"Qəbələ"nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XVI turunun açılış matçında – "Zirə"ylə ev oyununda qovulub. O, matçın 41-ci dəqiqəsində "texniki zona"dan çıxarılıb.
 
Gənc mütəxəssisin qovulmasına baş hakim Rauf Cabbarova iradı səbəb olub. Qurbanov epizodların birində hakimin "Qəbələ"nin əleyhinə qərar verməsinə çılğınca etiraz edib. 
Shares: