"Qəbələ"nin ev oyunlarını keçirdiyi ştadionda tablo quraşdırılıb. Bu, Topaz Premyer Liqasında yaranan 2 aylıq qış fasiləsində həll olunub. Bununla da "qırmızı-qaralar"ın bu ilin ilk ev oyununda – "Zirə"ylə baş tutan matçında arenada tablonu da görmək mükündü (sport24.az).
 
Qeyd edək ki, "Qəbələ"nin doğma stadionunda tablo avrokuboklarda burada oyunlar keçirəndə olub. Bu, 2014-cü ildə Avropa Liqasında Bosniya və Herseqovivanın "Şiroki Briyeq" klubu, bundan 1 il sonra Tiflis "Dinamo"suyla matçlarda olub. Ancaq həmin vaxt tablolar icarəyə götürülmüşdsə, bu dəfə artıq stadionun özünündü. 
Shares: