Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən “Qəbələ” – “Zirə” matçından sonra ara qarışıb. Hakim final fitini səsləndirən kimi rəqib futbolçular arasında konflikt yaşanıb.
Qalmaqal “Zirə”nin hücumçusu Riçard Qadze ilə “Qəbələ”nin oyunçuları arasında başlanıb. Daha sonra məsələyə qonaqların digər üzvü Sadio Tounkara və ev sahiblərinin kapitanı Cavid Hüseynov da müdaxilə edib. Futbolçuların əlbəyaxa olmasına komanda yoldaşları imkan verməyib. Məşqçilər və digər şəxslərin də müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Amma bu epizodların videoyazısına mütləq baxılmalıdı. Çünki bir-birinə zərbə endirən futbolçular da var və onların konkret hansı günahı olduğunu müəyyənləşdirmək üçün təkrarlara diqqət edilməlidi.