“Qəbələ” – “Zirə” amtçından sonra baş tutan mətbuat konfransları məşqçilərin qiyabi “atışma”sına səhnə olub. Qonaqların çalışdırıcısı Ayxan Abbasov rəqib oyunçuları günahlandırıbsa, həmkarı Roman Qriqorçuk təmkinli olmağ məsləhət bilib.
Ayxan Abbasov: “Bir az hirsliyik, ona görə az danışacağam. Ağır oyun keçdi. Bu, ilk növbədə qazonla bağlıdı. Biz süni örtüyə öyrəşmişik. Ancaq bu, səbəb deyil. Bu gün zəif oynadıq. Bəzi futbolçulardan narazı qaldım. Hələ oyunlar qabaqdadı. Bu məğlubiyyəti unudub "Neftçi"ylə matça hazırlaşacağıq. Biz uduzmağı bacarırıq. "Qəbələ"yə hörmət emtişik. Ancaq xoşagəlməz olaylar olur. Peşəkar futboldan danışırıqsa, belə şeylər olmamalaldı. Rəqib futbolçu Ruslan Qurbanov bütün oyunboyu söyüş söyürdü. "Qəbələ"nin futbolçularının yarısı paltardəyişə otağımızın yanında idi. Bizdə də əcnəbi futbolçular var, onlara qarşı belə münasibət olmamalıdı” (sport24.az).
Roman Qriqorçuk: “Meydana buraxdığımız futbolçularla düzgün oynadıq. Bu, bizim oyun üslubu idi. Yaxşı ki, bu, nəticədə də öz təsdiqini tapdı. Eyni zamanda düzgün məlumat aldıq. Oyundan sonra başverənlər haqda qəti fikir söyləmək çətindi. Dərhal, tələsik qiymət vermək düzgün olmazdı. Hər şeyi analiz etmək, futbolçularla danışmaq lazımdı. Araşdırmadan sonra fikrimizi deyə bilərik. "Zirə"nin baş məşqçisinin dedikləri tələsikdi. Hərçənd, heç vaxt həmkarımın fikrini şərh etmirəm. Ruslanın oyunda dediklərini mən də eşirdirdim və elə bir səbəb görmürəm ki, bu haqda uzun-uzadı danışaq”.