Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” matçının ikinci hissəsində insident qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, epizodların birində qonaqların futbolçusu İlkin Qırtımovla “Sumqayıt”lı Ehtiram Şahverdiyevin yan xəttin yaxınlığında toqquşması sonradan qalmaqala səbəb olub. Bir neçə oyunçunun bir yerə toplaşaraq mübahisə etdiyi məqamda görüşün baş hakimi İnqilab Məmmədov rəqibini vuran Rəşad Sadiqova qırmızı vərəqə göstərib. İlkin Qırtımov da hakimin qəzəbinə tuş gələrək “sarı” ilə cəzalandırılıb.

Azarkeşlərin oyunçulara nalayiq ifadələr işlətməsi isə qonaqların etirazı ilə qarşılanıb. Bu zaman rəqib həmkarı Tərlan Əhmədova yaxınlaşan “Sumqayıt”ın çalışdırıcısı Samir Abasov məhz onun iradlarından sonra kənara gələrək azarkeşlərdən sakit olmalarını tələb edib (apasport.az).

Bundan 3-4 dəqiqə sonra isə Samir Abasov özü də oyunu meydandan kənardan izləmək məcburiyyətində qalıb. Auta çıxan topa əsəbi şəkildə zərbə vuran və meydançaya girərək baş hakim İnqilab Məmmədovla mübahisə edən Abasov texniki zonadan uzaqlaşdırılıb.

28117610 1743644059015701 824451998 n - Futbolinfo.az

28175793 1743644005682373 2029015023 n - Futbolinfo.az

Shares: