“Sumqayıt” – “Neftçi” oyununu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də var. Bundan əlavə millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko və adı “Sumqayıt”ın prezidenti olmağa namizədlər arasında göstərilən Zaur Hacıməhərrəmov da oyunu izləyənlər arasındadı.
 
Dünən “Sumqayıt”dan ayrılıb, “Neftçi”nin prezidenti postuna keçən Kamran Quliyev isə gözə dəymir. Yerli komandanı rəhbər şəxs kimi baş menecer Ceyhun Sultanov təmsil edir.
Shares: