Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Lester Siti” doğma meydanda “Şeffild Yunayted”i minimal hesabla üstələməklə növbəti mərhələyə çıxıb. Son İngiltərə çempionu “Çelsi” isə “Hall Siti” ilə oyunda 1/4 finala vəsiqəni 4 cavabasız qolla qazanıb.
İkinci oyun günündə baş tutan "Şeffild Uensdey" – "Suonsi Siti" görüşündə qalib müəyyənləşməyib. Bu üzdən də sözügedən kollektivlər təkrar oyunda üz-üzə gələcəklər. Günün digər oyunlarına gəlincə, "Sauthempton" səfərdə "Vest Bromviç"i, "Mançester Yunayted" isə "Haddersfild"i üstələyərək, növbəti mərhələyə yüksəlib. "Brayton" da doğma meydanda "Koventri Siti"dən üstün olub.
İngiltərə Kuboku
1/8 final
16 fevral
Lester Siti – Şeffild Yunayted 1:0
Çelsi – Hall Siti 4:0
17 fevral
Şeffild Uensdey – Suonsi Siti 0:0
Brayton – Koventri Siti 1:2
Vest Bromviç – Sauthempton 3:1
Haddersfild – Mançester Yunayted 0:2
18 fevral
20:00. Roçdeyl – Tottenhem
19 fevral
23:55. Uiqan – Mançester Siti
–
–