Zaur Axundov zənglərə cavab vermir. Yəqin ki, Yuri Maksimovun gedişi ilə bağlı xəbərimizə dolğun cavab vermək üçün bəhanə axtarır.
 
“Keşlə”nin Müşahidə Şurasının sədrinin hansı cavabı verəcəyinin prinsip etıbarı ilə ciddi önəmi yoxdu. Çünki ukraynalının məsələsi həll olunub. O, dünən futbolçulara fikrini açıqlayıb. Bu gün komandanı məşqə Maksimov çıxarsa da, bu, heç nəyi dəyişmir.
 
Bildiyimizə görə, məşqçinin bu qərarından sonra rəhbərlik onunla danışmaq, münasibətləri qaydasına qoymaq üçün ortaq məxrəcə gəlmək istəyib. Amma Maksimov “Zirə” ilə oyundan sonra vidalaşacağını bildirib.
Shares: