Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və  klub 800 manat cərimə olunub.

“Binə” – “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə”nin futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. 

“Qaradağ Lökbatan” – “Şüvəlan” matçında “Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

Shares: