FIFA 2017-ci ildə klubları transferlərdən ən çox xərcə düşən və gəlir götürən ölkələrin siyahısını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan ən çox xərcə düşənlərin "Top-15"liyində yer alıb. Ölkə klublarının transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Nəticədə Azərbaycan 14-cü pillədə qərarlaşıb. Bu siyahıya 988,1 milyon dollarla İngiltərə başçılıq edir. İkinci sıradakı Almaniyada bu rəqəm 237,8 milyon dollardır. Çin klublarının xərci isə 227 milyon dollar təşkil edib.

Klubları ən çox gəlir gətirən ölkələrin siyahısına Portuqaliya başçılıq edir – 707,5 milyon dollar. Braziliya 226,9 milyon dollar, Hollandiya isə 176,6 milyon dollar qazanıb. Bu ölkələr müvafiq olaraq 2 və 3-cü sıralarda yer alıblar. (Sportnet)

Ən çox xərcə düşən ölkələr

1. İngiltərə – 988,1 (milyon dollar)
2. Almaniya – 237,8
3. Çin – 227
4. Fransa – 215,9
5. İtaliya – 145,7
6. ABŞ – 66,3
7. Rusiya – 61,9
8. Türkiyə – 57,1
9. Hindistan – 36,3
10. Yaponiya – 30,5
11. Səudiyyə Ərəbistanı – 24,1
12. Şotlandiya – 12,9
13. Meksika – 7,7
14. Azərbaycan – 4,7
15. Anqola – 3,9

Ən çox gəlir götürən ölkələr

1. Portuqaliya – 707,5
2. Braziliya – 226,9
3. Hollandiya – 176,6
4. Argentina – 162,1
5. İspaniya – 110
6. Belçika – 87,9
7. Avstriya – 62,6
8. Ukrayna – 59,3
9. Xorvatiya – 51,8
10. İsveç – 37,5
11. Yunanıstan – 36,8
12. İsveçrə – 36
13. Uruqvay – 35,1
14. Polşa – 25,6
15. Serbiya – 23,6.

Shares: