Qış fasiləsində “Səbail”dən ayrılan Edqaras Jarskis karyerasını Polşada davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, litvalı futbolçu bu ölkənin birinci liqa (səviyyəcə ikinci liqa) təmsilçisi “Bıtoviya” ilə anlaşıb.

Müqaviləyə əsasən, Jarskis mövsümün sonuna kimi bu komandanın şərəfini qoruyacaq.

23 yaşlı mərkəz müdafiəçisi “Səbail”ə ötən ilin yayında keçmişdi.

Shares: