Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Fernandaonu cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, buna onun ölkə çempionatının 23-cü turunda "Beşiktaş"a qarşı matçda qol sevincini qeyd edən zaman azarkeşlərə qarşı etdiyi qeyri-etik jesti səbəb olub. Buna görə braziliyalı hücumçu 2 oyunluq cəzalandırılıb və 13 min türk lirəsi məbləğində cərimələnib.

Beləliklə o, Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"la ilk matçı və ölkə çempionatında "Akhisarspor"la görüşü buraxacaq.

Shares: