"Neftçi"də Emin Mahmudovla bağlı yaranan sənəd problemi yoluna qoyulub. Futbolinfo.az xəbər verir ki, klubun yeni rəhbərliyinin müdaxiləsindən sonra sürətləndirilən prosesdə bütün işlər yekunlaşıb.

Əldə etdiyimiz məlumata görə, artıq Mahmudovun vətəndaşlığın olmaması ilə əlaqədar maaş ala bilməməsi problemi yoxdu.

Buna qədər Azərbaycan vətəndaşlığı olmadığı üçün Eminin adına VÖEN açıla bilmirdi. Nəticədə o, "Neftçi"yə gələndən maaş almamışdı. (Futbolpress)

Shares: