İspaniyanın “Atletiko” klubu qapıçısı Migel Anxel Moya ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Madrid klubu futbolçusunu “Real Sosyedad”a satıb. İspaniyalı qolkiper yeni klubu ilə 2020-ci ilin yayına qədər müqavilə bağlayıb.

Transferin maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, Moya “Atletiko”ya 2014-cü ildə “Xetafe”dən transfer olunmuşdu.

Shares: