Futbol üzrə Çernoqoriya çempionatında 21-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun bu qış transfer olunduğu “Deçiç” klubu da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Qrbal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Tural bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 16 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.

Shares: