Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin təkrar oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu turnirdə reqlamentə görə qalib bir oyunda müəyyənləşir. Lakin komandalar 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilmədikdə, onların təkrar oynamasına qərar verilir. Bu mərhələnin cəmi iki cütü ilk oyunda qalibi müəyyənləşdirə bilməmişdi.
“Suonsi Siti” səfərdə qolsuz heç-heçəyə razılaşdığı “Şeffild Uensdey” ilə bu dəfə doğma meydanda qarşılaşıb. İki cavabsız qolla qalib gələn “Suonsi Siti” növbəti mərhələyə yüksəlib.
Digər təkrar oyunda isə “Tottenhem” evdə “Roçdeyl”lə üz-üzə gəlib. Bu komandaların ilk oyunu 2:2 hesabıyla başa çatmışdı. Cavab görüşündə rəqibini darmadağın edən London klubu 1/4 finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha öncə “Lester”, “Çelsi”, “Sauthempton”, “Brayton”, “Mançester Yunayted” və “Uiqan” klubları 1/4 finala vəsiqəni təmin etmişdi.
İngiltərə Kuboku
1/8 finalın təkrar oyunları
27 fevral
Suonsi Siti – Şeffild Uensdey 2:0 (ilk oyun 0:0)
28 fevral
Tottenhem – Roçdeyl 6:1 (2:2)