“Banik”dən ayrıldıqdan sonra fəaliyyətimi yenidən ölkə xaricində davam etdirəcəyi düşünürdüm. Amma “Zlin” variantı çıxdı və imtina edə bilmədim”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Çexiyanın “Zlin” klubunun yeni baş məşqçisi təyin olunan 65 yaşlı mütəxəssis ölkəsinin mətbuatına müsahibə verib. 2007-2008 mövsümündə “Neftçi”ni çalışdırmış Petrjela söhbət əsnasında Azərbaycandakı fəaliyyətini də yada salıb.

O, Azərbaycan və başqa ölkələrdə də çalışdığından, “Zlin”dəki legionerlərlə dil tapmaqda çətinlik çəkməyəcəyini bildirib: “Həmişə ani qərarlar qəbul etmişəm. Karyeram ərzində daim belə olub. Çalışdırdığım komandalar nəticə futbolu sərgiləyiblər. Bu dəfə də baxımlı oyun tələb etməyəcəm. Əcnəbi oyunçularla dil tapmaq mənə çətin deyil. Məşqçilik fəaliyyətində ölkə xaricində də çalışmışam. Çexiyalılarla çex dilində, qalanları ilə başqa dildə danışacam. Rusiyada işləyəndə mənə dərhal dedilər ki, biz yalnız rus dilində ünsiyyət quracağıq. Azərbaycanda isə ərəb dilini də öyrənməli oldum. Bunu anlaşma baxımından problemlə üzləşməmək üçün etmişdim”.

Qeyd edək ki, Vlastimil Petrjela daha çox “Zenit”dəki fəaliyyəti (2002-2006) ilə yadda qalıb. (Apasport)

Shares: