Yunanıstanda danışılmış oyunlarda şübhəli bilinən 58 nəfərin günahı sübuta yetirilib.

Futbolinfo.az xəbər verir ki, onlar 2008-2011-ci illərdə oyun alqı-satqısında iştirak ediblər. Əslində, bir neçə aydı davam edən araşdırmalardan bütövlükdə 84 nəfərin adı hallandırılırdı. Lakin onlardan 58-nin günahı sübuta yetirilib. Prokurorluq həmin dönəmdə araşdırılan 25 oyundan 7-nin danışılmış olduğunu fakt kimi əsaslandırıb.

“Olimpiakos”un sabiq sahibi Volos Axilles Beosa 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib. O, bu cəzanı hər günə 5 avro cərimə ödəməklə çəkəcək. Beos “Panserraikos” (27 fevral 2011-ci il) və “Asteros”la (12 mart 2011-ci il) qarşılaşmalarda qanunsuzluğa yol verməkdə günahlandırılır. 

Ən böyük cəza isə “İliupoli”nin rəhbəri Yorqos Tsakoyannisə kəsilib. O, 10 il 10 ay müddətinə həbs cəzası alıb və 50 min avro məbləğində cərimələnib.

Digərləri haqda isə 30 ay müddətinə həbs cəzasına qərar verilib.

Shares: