Bu gün futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Neftçi” autsayder “Xəmsə” ilə qarşılaşıb. Qış fasiləsindən sonra ilk oyununa çıxan “Neftçi” yeni transferlərin xidmətindən yararlanmayıb. Buna baxmayaraqŞ komanda 5:0 hesablı qələbəyə sevinib və turnir cədvəlində 1 pillə irəliləməyə nail olub.

Daha sonra iddialı “Marafon Futsal”la “Yasamal” üz-üzə gəlib. Fasiləyə iddialı debütant deyil, aşağı pillələrdə yer alan “Yasamal” 2 top fərqi ilə üstün yollanıb. Məğlubiyyəti ağlından keçirməyən “Marafon Futsal” ikinci hissədə hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə üstün tərəf olsa da, “Marafon Futsal” sona 30 saniyə qalmış məğlubiyyətlə barışıb. Rəqibi əks-hücumda yaxalayan “Yasamal” qələbə topunu vurmaqla bərabər, turun sensasiyasına imza atıb.

Turun son oyununda da hesab erkən açılıb. Qalo 48-ci saniyədə fərqlənib. Müdafiəçi növbəti qolunu 8 dəqiqə sonra vurub. “Araz” fasiləyə yollanarkən üçüncü qolu da rəqib qapısından keçirib. Lider qollarının davamını ikinci hissədə də gətirib və ən yaxın izləyicisi “Marafon Futsal”ın xal itkisindən maksimum istifadə edib.

Yüksək Liqa
18-ci tur

1 mart

“Neftçi” İK – “Xəmsə” 5:0
Qol: T. Qurbanov, 0:25, V.Xocayev, 28:57, 31:07, T. İsmayılov, 30:20, O. Baxşəli, 39:29.
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 12:30.

“Neftçi” İK: 23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 5. Mehram Eybeli, 11. Tural Qurbanov, 8. Vahib Xocayev, 1. Samir Mehdiyev (q), 13. Əjdər Əjdərov, 7. Tural İsmayılov, 6. Məhəbbət Katebi, 94. Oruc Baxşəli, 21. Ruhi Məhəmməd, 17. Vüsal İsayev.
Baş məşqçi: İlqar Aslanov.
“Xəmsə”: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 10. Əli Həsənov (k), 9. Samir Əmirov, 5. Əli Əlizadə, 11. Rüfət Cəlilov, 2. Talıb Vəliyev, 4. Ülvü Ağayev, 8. İbrahim İbrahimov, 13. Anar Qədirov.
Baş məşqçi: Novruz İbrahimov.

“Marafon Futsal” – “Yasamal” İK 3:4
Qollar: E. Barati, 7:55, 26:07, O. Talebi, 24:11 // O. Oraz 1:35, 17:26, S. Cavid, 18:43, 39:32.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 14:30.

“Marafon Futsal”: 12. Kəsra Mehdipour (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 4. Elyas Barati, 13. Majid Morovati, 2. Kamran Hacıyev (q), 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 20. Sergey Çumakov, 99. Rüstəm Bağırzadə, 22. Tofik Əliyev.
Baş məşqçi: Elşad Quliyev.
“Yasamal” FK: 1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 33. Soltan Sadiqov (q), 18. Mohsin Hayatbini, 4. Seyid Əmirzadə, 47. Rəsul Akbari, 2. Məhəmməd Şahsavari, 14. Cavid Taleb.
Rəhbər: Orxan Allahverdiyev.

“FK.İD.Futsal” – “Araz” 5:8
Qol: E. Quliyev, 25:15, 36:20, F. Əliyev, 36:40, A. Zeynalov, 37:13, E. İbrahimxəlilov, 39:40 // Qali, 0:42, 8:10, O. Rüstəmli, 19:22, İ. Atayev, 20:13, Bolinya, 20:26, 39:23, X. Bağırov, 30:20, R. Tolouei, 35:25.
Hakimlər: Elçin Məmmədov, Ramil Namazov, Yusif Nurullayev
Bakı İdman Sarayı. Saat 16:00

“FK. İD. Futsal”: 12. Ramil Həsənzadə (q, k), 7. Rəcəb Fərəczadə, 10. Faiq Əliyev, 5. Asif Zeynalov, 8. Nihad İsmayılov, 1. Ümid Paşayev (q), 9. Elşən İbrahimxəlilov, 4. Elvin Quliyev, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
“Araz”: 1. Rövşən Hüseynli (q), 10. Teles Thaqo Bolinya, 8. Rizvan Fərzəliyev (k), 4. Kardosa Everton Qalo, 14. Oktay Rüstəmli, 19. Anar Məmmədov (q), 6. Eduardo Borges, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 15. Reza Tolouei, 2. Adil İsmayılov, 5. İsa Atayev.
Baş məşqçi: Joze Alesio da Silva.

Turnir cədvəli: Araz – 43, Marafon Futsal – 36, EKOL – 23, Neftçi İK – 18, FK.İD.Futsal – 16, Yasamal – 12, Xəmsə – 2.

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol.

Shares: