“Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib. 

Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda dünən və bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.

Xatırladaq ki, Gəncə klubu Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp