Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Facebook”dakı rəsmi səhifəsində ciddi nöqsana yol verilib.

Futbolinfo.az xəbər verir ki, Belarusla oyundan əvvəl start heyətinin qrafikini dərc edən AFFA əməkdaşları materialda komandanın baş məşqçisi Qurban Qurbanovun adını qeyd etməyib. 

Hesabda geri düşəndə və yekun nəticə (0:1) paylaşımında isə Qurbanovun adı xüsusi vurğulanıb. 

Bu məqama ilk reaksiyanı da azarkeşlər verib. Çox sayda narazılar beynəlxalq praktikada belə yanaşmanın olmadığını, AFFA-nın səhifəsinin qüsura yol verdiyini qabardır və səbəbi soruşur. 

Ortaya belə sual çıxır – bu, bilərəkdənmi edilib, yoxsa təsadüfən?

29134964 1793426764048475 2071448764 n - Futbolinfo.az

29134507 1793426814048470 1053910341 n - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp