Məlum olduğu kimi, Elvin Yunuszadə millinin Belarusla oyun günü səhər iclasına gecikdiyi üçün cəzalanıb. 

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov onu həm millidən uzaqlaşdırıb, həm də “Qarabağ”ın əsas heyətindən kənarlaşdırıb. 

Yunuszadə baş verənlərlə bağlı fikirlərini bölüşüb. O, “Azerisport”a açıqlamasında bunları söyləyib:

“Düzdü, oyun günü yatıb qalmışıq. Haqlı olaraq da Qurban müəllim bizi iştirak ərizəsinə salmayıb. Mən də buna hörmətlə yanaşıram. Qurban müəllimin belə cəzaları sırf mənim yaxşılığım üçündü. Nə desə, nə cəza versə, hazıram.

Qurban müəllim belə məsləhət görübsə, hörmətlə yanaşıram. Mən də bunu başa düşürəm. Sosial şəbəkədə bir şəkil paylaşmışam. Həmin şəkili bəyəndiyim üçün yerləşdirmişdim. Heç vaxt Qurban müəllimə ünvanlamaram. Bəzi insanlar isə yozmağa çalışır, ancaq ehtiyac yoxdu belə şeylərə. Çünki Qurban müəllim futboldan kənarda da mənə böyük qardaşdı. O, hansı cəza verərsə versin, canla-başla hazıram. Bu məsələni nəyə görə bu qədər şişirdirlər, anlamıram. “Qarabağ”da da olub, yatıb-qaldığım üçün. Ancaq heç vaxt bilərəkdən, istəyərəkdən Qurban müəllimə qarşı səhv etmərəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp