Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 31-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Telstar”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Hazırda U-21 yığmamızın düşərgəsində olan Kökçü bu görüşün iştirakçısı olmayıb.

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp