Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. 

Futbolinfo.az xəbər verir ki, yığmamız “Dalğa Arena”da Rusiyanın U-19 komandası ilə qarşılaşıb.

Xatırladaq ki, bu komandalar bir neçə gün öncə qarşılaşmışdı və oyun rusların böyük hesablı qələbəsi ilə nəticələnmişdi – 4:0. 

Tərəflər arasındakı ikinci oyunda ida millimiz məğlubiyyətə üzülüb. 78-ci dəqiqədə isə Kamran Quliyev penaltidən yararlana bilməyib. Rəqib qapıçı onun zərbəsini geri qaytarıb.

Yoxlama oyunu
25 mart

Azərbaycan – Rusiya 0:1 
Qol: Həmid Ağalarov, 23.
Bakı. "Dalğa Arena" stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp